Müğənni Talıb Tale açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi qonaq olduğu “Rəngarəng” verilişində mülklərindən söz açıb.
Proqramın aparıcısı Zaur Nəbioğlunun “Talıb sənin neçə dənə evin var?” sualına Talıbın cavabı belə olub:
“Mən ev haqqında danışmıram. Şükür Allaha, hər şey yaxşıdır. Mən kirayədə qalmıram. Öz evim var. Mən bağ evi tikdirirəm. Havalar soyuq keçdiyi üçün tikinti işlərini dayandırmışam”.
Qeyd edək ki, Talıb Tale ötən ilin mayında özündən 15 yaş kiçik Bahar adlı xanımla ailə qurub.