"Prens" serialının aktyoru Kerem Özdoğan ata olacaq.
Milli.Az xəbər verir ki, cütlük bu xoş xəbəri sosial mediada paylaşaraq izləyicilərini sevindirib.
2022-ci ildə ailə quran cütlük Kerem Özdoğan və Cansu Özdoğan ilk övladlarını gözlədiklərini açıqlayıblar
Kerem və Cansu Özdoğan birlikdə çəkilmiş fotolarını "Sürpriz ana və ata" qeydi ilə paylaşıblar. Şəkillərdə Cansu Özdoğanın hamilə olduğu açıq şəkildə görünür. Lakin cütlük körpənin cinsi barədə hər hansı bir məlumat verməyib.
Aktyor Giray Altınok da yaxın dostlarını təbrik edərək, "Ay mənim sevimli cütlüyüm" şərhini yazıb.
Milli.Az