Faiq Sücəddinov: “Çox həyəcanlıyam, ilk dəfə...” - FOTOlar

Faiq Sücəddinov: “Çox həyəcanlıyam, ilk dəfə...” - FOTOlar

Sabah - 20 dekabr saat 19:00-da Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Bülbül vokal məktəbi" adlı konsert proqramı baş tutacaq. Gecədə Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli Faiq Sücəddinovun ulu öndərin 100 illiyi münasibətilə bəstələdiyi rekviem tamaşaçılar üçün ilk dəfə səslənəcək.

Milli.Az bildirir ki, xalq artisti, görkəmli bəstəkarımız Faiq Sücəddinov təəssüratlarını moderator.az saytı ilə bölüşdü.
 
"Ulu öndərə həsr etdiyim rekviemi sabah ilk dəfə royalda tamaşaçılar üçün ifa edəcəm. Əsərə sözləri şair, yazıçı İlqar Fəhmi yazıb. Məni eyni zamanda, Opera teatrının xoru və simfonik orkestr müşayiət edəcək. Dirijor isə xalq artisti Yusif Eyvazov olacaq. Onu deyim ki, çox həyəcanlıyam. Ona görə ki, əsər ilk dəfə səslənəcək. Özüm royal arxasında əyləşəcəm. Mənə elə gəlir ki, dinləyicilər tərəfindən rəğbətlə qarşılanacaq. Bu gün saat 14:00-da məşqdir, sabah isə ilk dəfə tamaşaçılara təqdim olunacaq. Bütün musiqisevərlər gecəyə dəvətlidir."

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun