Aktyor Tural Əhməd Xalq artisti Ənvər Həsənovun vəfatı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, Tural bu barədə feysbukda status yazıb:
““Yeddi oğul istərəm” filminə ilk dəfə baxdıqdan sonra Cəlalın ölümünə görə çox pis olmuşdum. Anam məni inandırmağa çalışırdı ki, Cəlal filmdə ölüb, həyatda sağdır. İndi isə həmin o Cəlal həyatda da yoxdur. Anam da yoxdur ki, mənə təsəlli versin. Allah sizə rəhmət eləsin, Ənvər müəllim... Elə uşaqlığımdakı kimi ölümünüzə çox pis oldum”.
Qeyd edək ki, Ə. Həsənov uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.