Xalq artisti Ağadadaş Ağayev iştirak etdiyi toyların birində başına gələn hadisədən söz açıb.
Milli.Az bildirir ki, bu haqda sənətklar qonaq olduğu Gün ortası verilişində danışıb.
Toydan 10 min dollar qonorar aldığını söyləyən Ağayev pulu həmin məclisdə iştirak edən aşıq Əli Tapdıqoğluna digər musiqiçilər arasında bölməsi üçün verdiyini bildirib:
"Günlərin bir günü bir toya dəvətli idim. Mənim də səhnə alacağım bəlli bir zaman var. Gəldim toya və başladım öz proqramımı oxumağa. Gördüm ki, həmkarım Xatirə İslam, Zamiq Hüseynov, aşıq Əli və aşıq Samirə Əliyeva da həmin məclisdədir. "Paçka" ilə cibimə pul qoydular. Gördüm ki, aşıq Əli yalnız cibimə baxır. Çünki cibim o pullardan şişmişdi. Məclis bitdi, gördüm ki, cibimdə 10 min dollar pul var. Bu pulu yalnız mənə vermişdirlər. Bütün adını çəkdiyim sənətçi dostlarımdan həmin məclisə ayrı gəlmişdim. Heç toyda onlarla əlaqəm belə yox idi. Sual verdim ki, burada ən təmiz oğlan kimdir. Aşıq Əli də cavab verdi ki, mən. Dedi ki, namaz qılıram, içki içmirəm və sairə... Götür bu 10 min dollar pulu apar payla... Yəni insafla payla, şirinlik ver, çünki gözləri qalmasın. Aşıq Əli pulu götürüb uzun müddət gəlib çıxmadı. Bu məsələni mən niyə burada deyirəm ona görə ki, Xatirə o məclisdə olub və hər şeyin şahidi olub. Bir müddət vaxt keçəndən sonra aşıq Əli qayıdıb gəldi. Məndə düşündüm ki, uşaqlara 2-3 min pul paylayar. 10 min dollardan cəmi 3 min dollar pul gətirib dedi ki, musiqiçi dostlarımız arasında o pulu payladım. Əslində mən heç o puldan nə qədər qaldığını bilmirdim sonradan saydım və 3 min dollar olduğunu bildim. Çox insaflı oğlandır. İndi də mən Xatirəyə sual vermək istəyirəm ki, nə qədər aşıq Əli sənə pul verdi".
Ağayevin bu sualına X.İslam bir neçə saniyə düşündükdən sonra "Bəli mənə də o puldan aşıq Əli pul verdi. Həqiqətən də o mövzuda aşıq Əli düzgün insandır. Amma o qonorarda ən çox məbləğ Ağadadaş müəllimə çatıb. O məclisdə 5 nəfər müğənni vardı" cavabını verib.
Xatirənin bu sözlərinə Xalq artisti "Xeyr, elə olmayıb. Xatirə bu məsələni zəng elə aşıq Əlinin özündən soruş" deyib. /Olay.az
Milli.Az