“78 yaşımla çox normal yola gedirəm”

“78 yaşımla çox normal yola gedirəm”

Əməkdar artist Suğra Bağırzadə açıqlaması ilə diqqət çəkib. 

Milli.Az bildirir ki, aktrisa qonaq olduğu "Xəzərin sahilində" verilişində yaşından söz açıb. 

Bağırzadə bildirib ki, yaşı ona heç bir kompleks yaratmır: 

"Fevralın 10-da 77 yaşım oldu. 78 yaşıma keçdim. Yaşımla çox normal yola gedirəm. Hər şey yaxşıdır. Burada axı nə var ki? Öz yaşımı da çox sevirəm". /olay.az

Milli.Az