Rusiyalı jurnalist və teleaparıcı Kseniya Sobçak səhhətində yaranan problemlərə görə kökəlməsindən şikayətlənib.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, o, bu mövzuda "Diqqət: Sobçak" adlı YouTube şousunda danışıb.
Bloger Karina Nigay ilə söhbətində məşhur indiki fiquru ilə bağlı kompleksi olduğunu etiraf edib. "Mənim kiçik bir problemim var: səhhətimlə bağlı müxtəlif səbəblərdən bir az kökəlmişəm. Kök insanlara nifrət edirəm, görünür, bu mənim lənətimdir", jurnalist deyib.
Sobçak indiki görünüşünə təsir edən diaqnozunun təfərrüatlarını açıqlamayıb. Eyni zamanda jurnalist etiraf edib ki, artıq çəkiyə görə o, böyük ölçülü paltarlar geyinməyə məcburdur.
Dekabrın əvvəlində Kseniya Sobçak demək olar ki, bir milyard rubl dəyərində olan zinət əşyaları ilə öyünürdü. O, yerləşdirilən kadrda təxminən 10 milyon dollar (799 milyon rubl) dəyərində olan 42 karatlıq ürək formalı brilyant qaşlı üzüyünü nümayiş etdirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun