Xalq artisti Aygün Kazımova yeni inşa etdirdiyi evindən danışıb.
OLAY yazır ki, estrada ulduzu bu barədə “Qonaqcanlı”da açıqlama verib:
“Bunu çox açıqlamaq istəmirəm. Mən torpaq almışam. Orada istədiyim evimi tikdirəcəyəm. Parçalanmış yerlərdə saxlanılan geyimlərimi, aksesuarlarımı bir yerə yığacağam. Mən orada pavilyon, studiya, çəkiliş meydançası tikəcəyəm. Mən ev yox, əməlli kinostudiya tikirəm”.