“Kazım Can sənət əsəri yazmayıb” - Qalmaqal

“Kazım Can sənət əsəri yazmayıb” - Qalmaqal

Müğənni Şəbnəm Qəhrəmanova ilə mahnı müəllifi Kazım Cəbrayılov (Kazım Can) arasında qalmaqal yaşanıb.

OLAY yazır ki, bu barədə Şəbnəm “Tarixin bir günü” verilişində danışıb.

Buna səbəb Kazım Canın “Afaqla onlar” verilişində Türkan Vəlizadənin ifası səslənərkən əli ilə “X” işarəsi göstərməsi olub:

“Ola bilər ki, Lalə Məmmədova tanımasın. Mən qınamadım. Sadəcə Kazım Canın hərəkətini düzgün qəbul etmədim. Çünki Kazım Can da Azərbaycan şou-biznesi üçün sənət əsəri yazmayıb ki, hansısa mahnıya, ya da sənətçiyə “X” çəksin. Onu Kazım Can edə bilməz. Heç kim edə bilməz”.

Qeyd edək ki, “Afaqla onlarla”da Türkanın ifası səslənərkən Əməkdar artist Lalə Məmmədova onu tanımayıb, Kazım Can isə sözügedən addımı atıb.