“Əl-ayağa dolaşmaqdansa, evində otursun” - Elnarədən qızına

“Əl-ayağa dolaşmaqdansa, evində otursun” - Elnarədən qızına

Əməkdar artisti Elnarə Abdullayeva ötən il ailə quran qızı Xədicədən söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Evdəkilərə salam” verilişində danışıb.

Proqramın aparıcısının “Bu gün Xədicə evdə yoxdur? Deyəsən az-az gəlir bura…” sözlərinə Elnarə belə münasibət bildirib:

“Xeyr, Xədicə evdə yoxdur. Onun burada nə işi var? Gedib otursun evində. Gəlib burada əl-ayağa dolaşmaqdansa, evində otursun, işlərini görsün. Mənə ev işlərində kömək lazım olanda bacılarım edir. Biz ailədə doqquz uşağıq. Altı bacı, üç qardaş. Bütün işlərimin sahibi bacılarım və qardaşlarımdır. Hər şeyi onlar edir. Amma mənim də əlimdən gəlir ev işlərini etmək”.

Xatırladaq ki, bir müddət əvvəl E.Abdullayevanın qızı virusa yoluxduğu üçün reanimasiyaya yerləşdirilmişdi. 

Qeyd edək ki, Xədicə ötən ilin iyunun 17-də Cavad adlı bəylə ailə qurub.