Ayselin Amsterdam gəzintisi

Ayselin Amsterdam gəzintisi

Xəbər verdiyimiz kimi, aparıcı və aktyor İlkin Həsəni xanımı, bloger Aysel Həsəni ilə Novruz tətilində Avropaya yollanıblar.

OLAY yazır ki, öncə yollarını Parisdən salan cütlük Hollandiyaya gediblər.

Amsterdamı gəzib dolaşan cütlük bu anları sosial şəbəkə hesablarında yayımlayıblar. 

Aysel şəhərin gəzməli və görməli yerlərində çəkdiyi şəkilləri izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, İlkin və Aysel cütlüyünün Alisa adlı bir qızı və Rain adlı bir oğlan övladı var.