“Hq” ləqəbli tiktoker həbs edilib.
OLAY news24.az-a istinadən yazır ki, sosial şəbəkədə nəlayiq ifadələr işlətdiyi üçün xanım tiktoker 10 sutkalıq inzibati həbs cəzası alıb.
Məlumata görə, bu ilin fevral ayında İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsasında məhkəmə qərarı ilə onun barəsində 10 günlük həbs tədbiri görülüb.
Qeyd edək ki, “Hq” TikTok-da müxtəlif məzmunlu paylaşımları ilə tanınır.