“Artıq bilirsiniz ki, mənim yeni gəlinim var. Ondan şükür Allaha çox razıyam. Onların övladları da var. Oğlum Kərimin ilk evliliyindən 2 oğlan və bir qız övladı var. İkinci evliliyindən isə bir oğlan övladı dünyaya gəlib. O, alagözdür”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.
Sənətçi birinci gəlini Canana ilə qalmaqal yaşamasını Allahın imtahanı adlandırıb:
“Başıma gələnləri (gəlini Canana ilə qalmaqalı nəzərdə tutur – red.) Allahın imtahanı adlandırıram. Çünki bu dünya imtahan dünyasıdır. Hər zaman deyirəm ki, ailələr dağılmasın. Çünki başına gələn başmaqçı olur. Zamanında mənim də ailəm dağılıb. Ailə dağılandan sonra övladlar travma yaşayır”.
Qeyd edək ki, məhkəmənin qərarı ilə uşaqlar Cananada qalsa da, onlar hazırda anaları ilə deyil nənələri Mətanət İsgəndərli ilə birgə yaşayırlar.