“Avroviziya” təmsilçilərimizdən olan müğənni Nadir Rüstəmli yeni döyməsini nümayiş edib.
OLAY yazır ki, bununla bağlı ifaçı instaqram səhifəsində video yayımlayıb.
Sözügedən görüntülərdə döymə ustadının Nadirin qolunun arxasına 44 rəqəmini döydürməsi əks olunub.
Sözügedən kadrlarda N.Rüstəmlinin yaxın dostu, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingiz də yer alıb.
O da Nadir kimi qoluna həmin rəqəmi döydürüb.
Qeyd edək ki, hər iki məşhur Bakı Media Mərkəzinin layihəsi olan “44” adlı ekran əsərində rol alıblar. Bu film 44 günlük Vətən müharibəsindən bəhs edir.