Məşhur aparıcı vəfat etdi

Məşhur aparıcı vəfat etdi

Rusiyanın məşhur teleradio aparıcısı, Əməkdar artist Aleksey Vesyolkin 64 yaşında vəfat edib.

OLAY yazır ki, “Dağların kralı”, “16 yaşdan aşağı və yuxarı”, “Uşaq saatı” və “50x50” kimi çoxsaylı televiziya şoularının ulduzu bir ildən artıqdır ki, qan xərçəngindən əziyyət çəkib.

Məlumata görə, Vesyolkinin dünən axşam saatlarında Moskvadakı öz mənzilində leykoz xəstəliyindən dünyasını dəyişib. 

Mərhumun meyitini onun həyat yoldaşı aşkar edib. 

Həmkarı Sergey Stillavinin dediyinə görə, Aleksey sona qədər sağalacağına inanıb və tam gücü çatışmazlığına baxmayaraq efirə çıxmaq istəyib.