Qızına 2 il həbs cəzası verdirdi

Qızına 2 il həbs cəzası verdirdi

Keçmiş model Deniz Akkaya, qızı A.Ö.-nün onu eyvana kilidlədiyini iddia edərək prokurorluğa şikayət edib. Məhkəmənin qərar iclası dünən İstanbul 1-ci Uşaq Məhkəməsində keçirilib.

OLAY yazır ki, məhkəmə Ayşəni “şəxsi azadlıqdan məhrum etmə” maddəsi ilə 2 il həbs cəzasına məhkum edib. Lakin yaşının az olması səbəbindən cəza 10 aya endirilib və hökmün elan olunması təxirə salınıb. Bu qərarla Ayşe 3 il müddətində nəzarət altında saxlanılacaq.

Akkaya övladının aldığı cəza ilə bağlı belə deyib:

“Ədalətin məhz bu günlərdə sual altına alındığı bir dövrdə bu qərarı qadınlıq qürurumla qəbul edirəm. Hakim və prokurorlara yenidən təşəkkür edirəm.”