Mixael Şumaxerin vəziyyəti pisləşib

Mixael Şumaxerin vəziyyəti pisləşib

Dağlarda baş verən qəzadan sonra 11 ildir ictimaiyyət qarşısına çıxmayan keçmiş yarışçı Mixael Şumaxerin vəziyyəti pisləşib.

OLAY yazır ki, 56 yaşlı  Formula 1 ulduzunun ailəsinin yaxın dostu Mixaelin vəziyyətini acınacaqlı adlandırıb. 

Formula 1 əfsanəsinin sağlamlığı ilə bağlı tam məlumat yoxdur.

Ailə Mayklı lazımsız təlaşdan qoruyur və onun səhhəti ilə bağlı təfərrüatları gizli saxlayır. 

Xatırladaq ki, 2013-cü ildə Alp dağlarının yamaclarında Şumaxer xizək sürərkən kəllə-beyin travması alıb. O, hazırlıqsız bir yamaca çıxıb, qayaya yıxılıb və başını qayanın kənarına vurub. Həkimlər bildiriblər ki, dəbilqə olmasaydı, atlı yerindəcə dünyasını dəyişəcəkdi. Hadisədən sonra o, iflic olub.