““Leyli və Məcnun”u cavanlar oynamalıdır”

““Leyli və Məcnun”u cavanlar oynamalıdır”

Əməkdar artist Nüşabə Ələsgərli açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, “Qonaqcanlı” verilişində qonaq olan sənətçi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsərini oynayan yaşlı sənət nümayəndələrini tənqid edib.

“Məndən inciməsinlər, amma “Leyli və Məcnun”u cavanlar oynamalıdır. Belə düşünürəm və düz düşünürəm. Sənəti varsa, Leylini də gənc qızlar oynamalıdır. Müəyyən yaş dövründə isə Leylinin, Məcnunun anasını oynasınlar. Hər aktrisanın və aktyorun yaşına uyğun rolu olmalıdır. İfadan başqa obraz, sima, bədən ölçüləri uyğun gəlməlidir”, - deyə Nüşabə vurğulayıb.