Əməkdar artist Şəbnəm Tapdıq "Elgizlə izlə" verilişində qonaq olarkən əsəbiləşib.
Buna səbəb aparıcı Elgiz Əkbərin ifaçıya "Şəbnəm xanım necə dolanırsınız, sənətinizdən pul qazana bilirsiniz" suallarını verməsi olub.
Şəbnəm Tapdıq isə əsəbiləşərək belə reaksiya verib:
"Gülməli sualdır, ona görə də cavab verə bilmərəm. Necə dolanırsan nə deməkdir? Toylara, restoranlara getmirəm. Səhnədən restorana düşmək asandır. Amma restorandan səhnəyə çıxmaq çətindir. Mən gənclik estradasından gəlirəm. Bütün kanallar məni dəvət edirdi. Öz dövrümün çox sevilən müğənnisiyəm. Mən efirdə nə vaxt ağlamışam ki, pul verin? Bu sualı mənə niyə verirsiniz? Niyə deməliyəm? Mənə şeirlər təqdim edirlər. Musiqisini bəstələyirəm və böyük qonorar alıram. Nöqtə qoyduq? Bunun kimə nə dəxli var?" (Axşam.az)
Milli.Az