"Nəfəs" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Günel Məmmədova şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə gəlib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində sevgilisindən bəhs edib.
Nəfəs bildirib ki, həmin şəxslə rəsmi nikaha yalnız özünün istəyi olarsa daxil olacaq:
"Əgər mən o insanla sevgiliyəmsə, bu, artıq rəsmidir. Mən rəsmi nikah istəsəm olacaq, istəməsəm olmayacaq. Əgər sevgilim özünü yaxşı aparsa, onunla rəsmi nikaha girərəm. Özünü yaxşı aparması üçün o məni bütün xanımlardan dəyərli etməlidir. Söhbət maddiyyatdan getmir. Əgər sevgilim maddiyyat alıb mənə mənəviyyat verməyəcəksə, heç bir dəyər, qiymət lazım deyil".
Qeyd edək ki, Nəfəs açıqlamaların birində 15 yaşında olanda atası tərəfindən öz istəyi olmadan ərə verildiyini vurğulayıb. Müğənninin iki övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun