Şotlandiyanın paytaxtını səhv salan Nadir üzrxaxlıq etdi - VİDEO

Şotlandiyanın paytaxtını səhv salan Nadir üzrxaxlıq etdi - VİDEO

Müğənni Nadir Qafarzadə Londondan sonra Şotlandiyanın paytaxtı Edinburqa yollanıb.

OLAY yazır ki, şəhəri gəzən sənətçi oradan çəkdiyi görüntüləri instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. 

Qafarzadə paytaxtın adını Şotlandiyanın ən böyük şəhəri Qlazqo ilə səhv salıb:

“Şotlandiyaya gəlmişəm. Buraya Londondan qatarla gəldik. Bura çox xoşuma gəldi. Deyəsən paytaxtı Qlazqo (Şotlandiyanın paytaxtı Edinburqdur - red.) şəhərindəyəm. Düzü paytaxtlarla bağlı çox anlayışım yoxdur”.

Nadirin şəhəri səhv salması izləyicilərin diqqətindən yayınmayıb. İfaçı daha sonra dediklərinə düzəliş edərək, üzrxaxlıq edib. 

Qeyd edək ki, Nadir Qafarzadə Avropaya tətilə böyük oğlu Loğmanla gedib.