Aktyorlar Salih Bademci ilə Hazal Subaşının baş rollarını canlandırdığı "Dilek taşı" serialına yeni aktyor daxil olacaq.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işində Turqay Tanülkü rol alacaq. O, layihədə 15-ci bölümdən etibarən "Aziz" obrazına həyat verəcək.
Qeyd edək ki, layihədə 1980-ci illərdən bəhs olunur. T.Tanülkü son olaraq "Camdaki kız", "Sıfırıncı gün" kimi seriallarda rol alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun