"Alissa Milano serialın prodüserlərini məcbur edib ki, baş rolun ifaçısı Şennen Doertini serialdan qovsunlar".
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu aktrisanın "Ovsunlanmış" ("Charmed") serialında həmkarı Holli Meri Kombs Doertinin "Let's Be Clear" podkastında bildirib.
Kombsun dediyinə görə, o, Doertinin niyə işdən çıxarıldığını öyrənmək üçün 2000-ci illərin əvvəllərində şounun prodüseri Conatan Levin ilə görüşməyi xahiş edib.
"O, aktrisanı qovmaq istəmədiklərini deyirdi, lakin onları küncə sıxışdıraraq, iki aktrisa arasında seçimə məcbur edib. Alissa ya onu, ya da Şenneni seçməli olduqlarını deyib və qeyri-sağlam iş mühitinə görə onları məhkəməyə verməklə hədələyib", - deyə Kombs bildirib.
Kombsun fikrincə, Milano çoxdan ona və Doertiyə qarşı sui-qəsd hazırlayıb.
Bununla belə, Kombs Milano ilə təkbətək və ya ictimai yerlərdə mübahisə etdiyini xatırlamadığını bildirib.
"Elə insanlar var ki, özlərini həqiqətən də iyrənc aparırlar və buna görə heç bir cəza almırlar", - deyə Kombs əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun