Xalq artisti, iş adamı Emin Ağalarov qızı Əminə ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi qızı ilə birgə çəkilən görüntülərini instaqram səhifəsində yayımlayaraq onun doğum günü olduğunu bildirib.
Ağalarov qızını bu sözlərlə təbrik edib:
“Bu gün qızım Əminəni ad günü münasibəti ilə təbrik edirəm. Ata olmaq necə də gözəldir!”
Qeyd edək ki, Eminin Afina adlı daha bir qızı və Əli, Mikayıl adında iki əkiz oğlan övladı var.