Aparıcı Lalə Azərtaş doğum günündə özünə etdiyi hədiyyədən söz açıb.
OLAY yazır ki, televiziya ulduzu instaqramda post paylaşaraq özəl günündə təyyarə bileti aldığını bildirib.
“18 ildir ki, hər dogum günümdə özümə bilet hədiyyə edirəm. İmkan dairəsində siz də edin. Bu dəfə arzu etdiyim ölkələr siyahısında Amerika Birləşmiş Ştatları gəlirdi. Vaxtım az olsa da, bu ecazkar şəhəri maksimum gəzməyi qərara alıb, yol aldıq üzü Nyu-Yorka. Bu gündən fotoları paylaşıb təəssüratlarımı sizinlə bölüşəcəyəm. 3 saatlıq İstanbul uçuşundan sonra təxminən 11 saatlıq yol bizi gözləyirdi...”, - deyə Lalə vurğulayıb.
Qeyd edək ki, L.Azərtaşın iki qız övladı var. Onun böyük qızı İngiltərədə təhsil alır.