12 kiloqram arıqlayan müğənni nadir xəstəliyə tutulub

12 kiloqram arıqlayan müğənni nadir xəstəliyə tutulub

Britaniyalı müğənni Robbi Uilyamsın səhhətində ciddi problemlər yaranıb.

OLAY “Mirror” nəşrinə istinadən yazır ki, arıqlama dərmanlarının köməyi ilə 12 kiloqram çəki atan sənətçi nadir xəstəliklərdən olan sinqaya düçar olub. 

“Mən yemək yeməyi dayandırdım və heç bir qida qəbul etmirdim”, - deyə hazırki vəziyyətindən söz açan Robbi “C” vitamini çatışmazlığından əziyyət çəkdiyini və bunun nəticəsində sinqa xəstəliyinə düçar olduğunu bildirib.

Nəşrə verdiyi müsahibədə britaniyalı ulduz xəstəliyini “17-ci əsr dəniz quldurlarının xəstəliyi” adlandırıb.

Bundan əlavə, müğənni bu yaxınlarda verdiyi müsahibədə 10 ildə ilk dəfə depressiya ilə üzləşdiyini vurğulayıb.