İnfluenser Aysel Şükürova əməliyyat olunub.
OLAY yazır ki, bu haqda bloger instaqram səhifəsində yayımladığı videoaçıqlamada məlumat verib.
Öd kisəsindən əməliyyat olunduğunu söyləyən Aysel hazırda xəstəxanada ciddi həkim nəzarətində olduğunu bildirib:
“Yenicə ayılıb, özümə gəlirəm. Bir gün xəstəxanada qalacağam. Heç nə yemək olmaz. Yalnız su içə bilərəm. Yoqurt yemək istədim amma onu da mənə icazə vermədilər. Dünən 16:00-da yediyim yeməyin üstündəyəm. Artıq ödüm yoxdur. Oradan çıxarılan daşları görməmişəm. Həkim dedi ki, gətirib və mənə göstərəcək. Ayılmağa çalışıram. Amma tam ayılmamışam, key kimiyəm. Ağrılarım olur. Sabah yəgin ki, yalnız şorba yeməyə icazə verəcəklər. Amma deyirlər ki, onu yeyəndən sonra köp əmələ gələr. Mənim də artıq ödüm yoxdur. Əməliyyatdan sonra halım pisləşdi. Məndə də panikatak var. Titrədirdim. Şoka düşmüşdüm. Çox pis idi. Sağolsunlar həkimlər və tibb personalı məni bu vəziyyətdən çıxartdı. Hamısı mənə kömək oldu. Səsim də batıb, boğazım da ağrayır”.
Qeyd edək ki, Aysel Şükürova Bakı Lift-Təmir İstehsalat Birliyinin sabiq rəisi Qüdrət Şükürovun qızıdır. Ayselin ilk nikahdan bir, ikinci evliliyindən isə iki oğlan övladı var.