Aşıq Zülfiyyə İbadova açıqlaması ilə gündəmə səs salıb.
OLAY yazır ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində müğənnilərin gecə saatlarında məclisə dəvət olunması mövzusuna fikir bildirib.
“Əgər 100 qram içib yadına düşmüşəmsə mən niyə o məclisə gedim? (gülür) Bu camiyədə hər şeyi pul yox ağıl həll edir. Hər bir peşənin asan tərəfidə var, çətin də. Amma bu sənətdə hər şeydən önəmli ağıldır. Ağıllı olan əlində ailəsini də saxlayır, sənətini də”, - deyə Z.İbadova bildirib.