Opera və vokal ifaçısı Lətifə Soyuöz “RTV” kanalından yayımlanan “Çərçivədən kənar” verilişinin qonağı olub.
OLAY yazır ki, toylara getmədiyini söyləyən sənətçi proqramın aparıcısı, journalist Türkan Məmmədlinin “Qazancın haradandır” sualını geniş şəkildə cavablandırıb.
Soyuöz bildirib ki, onun əsas gəliri sahib olduğu kosmetik markadandır:
“Mərhum nənəm iş xanımı olub. Onun öz binzesi var idi. İndi o biznesin idarəçiliyi həm anamda, həm də məndədir. Mənim qazanc yerim təkcə kosmetika brendim deyil. Mənim qazancım xaricdəndir, Azərbaycandan deyil. Kosmetika brendinim məhsulları xaricdə daha çox satılır. Xaricdə buna bir başqa dəyər verilir. Məhsullar fərqli qiymətə satılır. Hər zaman mənə deyirdilər ki, nənən biznes sahəsində çox uğurlu bir xanım olub. Bizə elə gəlir ki, səndə onun yolu ilə gedəcəksən. Elə də oldu… Kosmetika brendim mənə xaricdən daha çox gəlir və qazanc gətirir nəyin ki, öz ölkəmizdən”.
“Oğlun Arif atası ilə görüşür?” sualına Lətifənin cavabı belə olub:
“Bu məsələ mənim üçün açıq deyil, qapalıdır. Bu sual tamamilə ona aid olduğu üçün… Oğlum Arif xoşbəxtdir. O o qədər sevginin və qayğının içində böyüyür ki, hətta hərdən deyirəm ki, o çox böyük sevgi alır. Təbii ki, o mən dediyimi anlamır. Deyir ki, danışırsan da… Oğlum heç bir şeydən kəssadlıq çəkmir. Tam sevgi və tərbiyə alır. Mümkün olduğu qədər saf niyyətli böyütməyə çalışıram. Amma mənə bəzən deyirlər ki, uşağı bu şəkildə böyütmə. İstəyirəm ki, oğlum təmiz olsun, çünki onun dünyasını kirlətmək istəmirəm. Onsuzda o böyüyəndən sonra müəyyən şeyləri özu anlayacaq. Özümü oğlumun yerinə qoyub və onunla onun dilində danışıram. Deyirəm ki, indi nə desəm də başa düşməyəcək, imkan verin başı dəysin. Ondan sonra anlayacaq. Valideyn övladını hər zaman nəzarət etməlidir ki, başı hara dəyəcək. Onu sadəcə həyatın axarına buraxmaq olmaz”.