Türkiyəli sosial şəbəkə fenomen Danla Bilic keçmiş sevgilisi Berk Çetin tərəfindən şiddətə məruz qalıb.
OLAY yazır ki, başına gələn hadisə ilə bağlı Danla instaqram səhifəsində paylaşım edib.
Biliç olayı belə nəql edib:
“Yanvar ayında münasibətimiz bitəndən bəri keçmiş sevgilim Berk Çetin tərəfindən davamlı şəkildə təqib, istismar və təcavüzə məruz qalmışam.O, icazəsiz olaraq yaşayış yerimə yaxınlaşıb, evimə girməyə cəhd edib və müəyyən yollarla buna nail olub da. Hətta kuryer qiyafəsində yaşadığım əraziyə daxil olub və fiziki sağlamlığıma zərər verəcək hərəkətlər edib. O, sürücümün idarə etdiyi avtomobili izləyib, sürücüm məni qorumaq istəyəndə ona fiziki təzyiq göstərib, təhdid mesajları göndərib, onun ev ünvanını tapıb, ora gedərək bir neçə dəfə onu hədələyib.
Bu hədə-qorxu və təqiblər nəticəsində uzaqlaşdırma qərarının verilməsinə baxmayaraq, Çetin 5 dəfə qadağanı pozaraq üzvü olduğum Atçılıq İdman Klubunun daxilindəki restoranda mənə fiziki şiddət göstərib. Bundan əlavə, o, harada olduğumu öyrənərək məni narahat etməyə davam edib və iş yerimə, sonra isə evimə gələrək ona qoyulan qadağanı yenidən pozub. Bundan sonra əlimdəki kamera görüntüləri ilə prokurorluğa müraciət etdim və vəkillərim vasitəsilə daha ciddi tədbirlərin görülməsini xahiş etdim.
Yenə aprelin 11-i üzvü olduğum idman klubunun restoranında təhlükəsizlik kameralarının qarşısında Berk Çetin tərəfindən açıq və sərt şəkildə yumruqlanaraq döyüldüm. Xəstəxanadan aldığım və şiddət gördüyümü təsdiq edən sənədlə yenidən prokurorluğa müraciət etdim. Hüquqi prosesin effektiv şəkildə aparılmasını və təhlükəsizliyimin təmin olunmasını gözləyirəm. Aylarla susdum və heç bir suala cavab vermədim. Mən qanuni yolla, lazım olduğu kimi müdafiə olunmaq istəyirəm. Baş verənlərə daha dözə bilmirəm və başıma daha pis şeylərin gəlməsini istəmirəm”.
Qeyd edək ki, B.Çetin İstanbulda yaşayan jokeydir. At yarışları ilə maraqlanan camiədə tanınan Çetin tez-tez bu yarışlarda iştirak etdiyi bildirilir.