Aparıcı Zaur Baxşəliyev qalmaqallı açıqlaması ilə müzakirə yaradıb.
OLAY yazır ki, bu haqda televiziya ulduzu aparıcısı olduğu “Zaurla Günaydın” verilişində danışıb.
Z.Baxşəliyev bildirib ki, iştirak etdiyi məclislərin birində bir Xalq artistinin digəri həmkarı (Xalq artisti – red.) haqqında xoşaqəlməz ifadələr işlətdiyinin şahidi olub:
“Çox mötəbər bir məclis idi. Yaxşı tanıdığımız köhnə nəsil estrada janrının sevilən, populyar müğənnisi, Xalq artisti həmin məclisdə idi. Onu isə onun gənc həmkarı, Xalq artisti öz məclisinə dəvət edib. Gənc Xalq artisti səhnədə çıxış edirdi. Bu anda məclisə dəvət olunan o Xalq artisti başladı onun haqqında biədəb danışmağa. Bunları eşidib, görəndən sonra masanı tərk elədim. Mən belə şeyləri sevmirəm, xoşuma gəlmir. Düşünün o Xalq artisti digər Xalq artistinin ad gününə gəlib və onu hamının içində pisləyir. O qədər bunlar mənə naxoş oldu ki... Niyə onda gəlmisən bu məclisə? O adamın arxasıyca danışacaqsansa, ona pis deyəcəksənsə, ondan xoşun gəlmirsə axı niyə onun məclisinə gəlmisən? Masada əyləşən bütün qonaqlar onun dediklərini eşitdilər. Axı səni nə məcbur edir bu məclisə gəlmək? Niyə?”