Aprelin 1-də 65 yaşında vəfat edən aktyor Vel Kilmerin ölüm səbəbi rəsmən açıqlanıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Comicbook" məlumat yayıb.
Əvvəllər jurnalistlər onun pnevmoniyadan vəfat etdiyini bildirsələr də, Los-Anceles Sağlamlıq Departamentinin sənədlərində dəqiq diaqnoz qeyd edilib.
Rəsmi sənədlərə görə, Kilmerin ölümünə səbəb kəskin hipoksemik tənəffüs çatışmazlığı, xroniki tənəffüs çatışmazlığı və dil kökünün yastıhüceyrəli karsinoması olub.
Xatırladaq ki, Kilmer bir çox filmlərdə rollar alıb. O, ilk dəfə 1984-cü ildə "Tam məxfi" komediya filmi ilə ekranlarda görünüb. 1995-ci ildə "Əbədi Betmen" filmindəki "Betmen" obrazı ilə o, məşhurluq qazanıb. Kilmer bu obraza görə yeddi milyon dollar qonorar alıb.
Milli.Az