“Onlarla barışanda başlayırlar aramızı vurmağa”

“Onlarla barışanda başlayırlar aramızı vurmağa”

“Mənim onlarla söhbətim, münasibətim alınmır. Nə qədər istəyirəm ki, o insanlarla yaxşı və xoş münasibətdə olum amma görürəm ki, yox, hər dəfə içində bir şey çıxır”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva “Sabahın xeyir, Azərbaycan!” verilişinə müsahibəsində deyib.

Sənətçi küsülü olduğu həmkarları ilə bağlı bunları dilə gətirib:

“Maraqlıdır ki, mən onlarla küsülü olanda heç bir söz-söhbət çıxmır. Elə ki, biz barışırıq və münasibətlərimizi istiləşir bu kimlərisə narahat edir. Və o saatda başlayırlar aramızı vurmağa. Biz dalaşırıq, sözləşirik və küsüşürük. Əlbətdə ki, mən kinli insan deyiləm. Hər zaman təmiz qəlb və açıq ürəklə gələn insanlara qəlbimin qapısı açıqdır”.