Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə “Sabahın xeyir Azərbaycan!” verilişində qonaq olub.
OLAY yazır ki, sənətçi son günlər mədəniyyət ocağında aktyorlarla onun arasında baş verən mübahisələrə üstü örtülü cavab verib.
“Zaman çox dəyişir. Sosial şəbəkələr, dırnaq içində olan demokratik özbaşnalıqlar... Hər kəs öz fikrini səsləndirə bilir və heç kim məsuliyyət daşımadan hansısa ünvana hansısa sözlər deyə bilir. Normal, olsun... Yetər ki, bu əxlaqdan kənar olmasın. Amma mübahisələr hər zaman olmalıdır. Yenilik özü ilə gələndə çör-çöpü aparır, yerində isə gözəl olan qalır. Yaradıcı mübahisələr məşq prosesində olur amma obirisilər başqa şeydə”, - deyə M.Ələkbərzadə vurğulayıb.
Aparıcının “Necə dincəlirsiniz? Harada rahatlıq tapırsınız?” sözlərinə “AzDrama”nın bədii rəhbəri belə cavab verib:
“Bu biraz çətin məsələdir. Bu saat narahat dövrümdür. Hazırda çox önəmli tamaşa üzərində çalışıram. Buna görə mənim beynimin hər hüceyrəsi bu saat o işlə çalışır. Bu saat “istirahət” sözü qətiyyən yerində deyil”.
Qeyd edək ki, “Baş” tamaşası üçün Günəş Tegin teatra dəvət olunub. Teatrın açıqlamasında isə bildirilib ki, G. Tegin artıq AzDrama-nın əməkdaşıdır. Bundan əlavə Mehriban Xanlarova və digər sənətçilərin etiraz dolu çıxışlar ediblər.