Xuraman artıq içki məclislərinə getdiyi açıqladı

Xuraman artıq içki məclislərinə getdiyi açıqladı

Müğənni Xuraman Şuşalı özünə qoyduğu qadağanı aradan qaldırıb. 

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.

Belə ki, Xuraman yenidən içki məclislərinə getdiyini açıqlayıb:

“11 il içki məclislərinə getmədiyini dedim. İndi içki məclislərinə getməyəcəyimi ləvğ etdim. Çünki artıq gedirəm. Niyə gedirəm? Çünki artıq o içkilər xına məclislərində də içildiyinə görə... Məndə yalanız xına məclislərinə ona görə gedirdim ki, xınalarda yox idi. Amma artıq xına məclislərində də rahat-rahat içilir və mən buna qadağa qoya bilmirəm deyə qərar verdim ki, toylara da gedim. Çoxları bilir ki, zamanında mən Moskvada da toylara gedirdim. Toy bazarında məclisi başdan sona kimi idarə edə bilirdim. Hər xanım müğənni isə əvvəlindən sonuna kimi bir məclisi idarə edə bilmir. Xüsusi ilə də rayon və palatka toyların. Bunu edəcək isə şou-biznesdə barmaq sayılacaq xanım müğənnilər var. Məndə təkrarən geri dönmüşəm. Amma insanlar 11 ildir ki, içkili məclislərə getmirəm sözlərimi eşitdikləri üçün artıq məni öz məclislərinə çağırmırlar. Onların qulağında bu fikirlərim qalır. İndi mən toy biznesimi daha da genişləndirmək istəyirəm”.