Brilliant “Get başqa birini tap”ını təqdim etdi

Brilliant “Get başqa birini tap”ını təqdim etdi

Xalq artisti Brilliant Dadaşova yeni layihəsini təqdim edib.

OLAY yazır ki, sənətçi sözləri Nəriman Abbaszadəyə, musiqisi isə Avroviziya iştirakçılarımızdan olan müğənni Aisel (Aysel Məmmədova) məxsus “Get başqa birini tap” adlı yeni mahnısını ekranlaşdırıb. 

Dadaşova klipinin rejissorluğunu Royal Cəfərova həvalə edib.

Həzin və romantik nəğmə üçün Brilliant üç fərqli geyim və məkanda kamera önünə keçib. 

Sözügedən mahnı Brilliant Dadaşovanın rəsmi “YouTube” kanalında artıq yayımdadır.