“Musiqi sərhəd tanımır sözünü sübut etdim” - Natavan

“Musiqi sərhəd tanımır sözünü sübut etdim” - Natavan

Köhnə mahnıların yeni versiyada tez-tez təqdim olunduğu bu dövrdə Natavan Həbibi  “Daşlı qala” mahnısını səsləndirib.

Hər zaman dəsti-xətti ilə seçilən ifaçı sənətçi OLAY-a  bu fikirləri bildirib:

“Hazırda dünya trendində ən dəbdəbəli və müasir tərz “afro house”dur. Milli folklorumuza daxil olan “Daşlı Qala” xalq mahnımızın günümüzün trendinə uyğun sintezləşdirib təqdim etdim. Bu iki tərzi birləşdirməkdə əsas məqsəd və mesajım o idi ki, xalq mahnılarımız belə dünya trendi ilə ayaqlaşa və uyğunlaşa bilir. Necə deyərlər musiqi sərhəd tanımır sözünü isbat etdim. Köhnə mahnılarımız yeni versiyalarda təqdim oluna bilər, mənim üçün önəmli yeni versiyanın dünya musiqi standartlarına uyğun formada təqdim olunmasıdır. Gənc nəsillərə yeni tərzlər daha yaxın olduğundan bu cür işlər təqdim etməklə xalq mahnılarımızı daim yaşatmış və qorumuş oluruq. Əlbəttə ki, əgər iş peşəkar səviyyədə təqdim olunarsa. Onu da qeyd edim ki, əksər mənbələrdə mahnının xalq mahnısı olduğu qeyd olunub, lakin Niyaməddin Musayev də mahnının müəllifinin olduğunu qeyd etdiyi üçün onun da adını çəkməyimi lazım bilirəm”.