Ötən gün dünyasını dəyişən Roma Papası Fransisklə vida mərasimi keçirilir.
OLAY yazır ki, vida mərasimi Papanın Vatikandakı iqamətgahında təşkil edilib.
İlk olaraq onunla vidalaşmağa Vatikan əməkdaşları, onun köməkçiləri və ona xidmət edən personal toplaşıb.
Görüntülərdə dövlət katibi Pietro Parolin, arxiyepiskop Dieqo Covanni Ravelli və digər kardinalların Frensiskin meyitinin yanında dayandıqları əks olunub.
Sabah isə Papa ilə ictimai vida mərasimi keçiriləcək. Onun nəşi Müqəddəs Pyotr bazilikasına aparılacaq.
Vida mərasimi üç gün davam edəcək.
Qeyd edək ki, Papanın dəfn tarixini kardinallar təyin edəcək. Məlumata görə, pontifik aprelin 26-da dəfn olunacaq.
Xatırladaq ki, Roma Papası 88 yaşında insult, koma və ürək-damar çatışmazlığından dünyasını dəyişib.