Kişi Şəbnəmi qucaqlamaq istədi - Müğənni elə reaksiya verdi ki... - VİDEO

Kişi Şəbnəmi qucaqlamaq istədi - Müğənni elə reaksiya verdi ki... - VİDEO

Müğənni Şəbnəm Tovuzlu paytaxt məkanlarının birində səhnə alıb.

Milli.Az xəbər verir ki, sənətçiyə səhnədə çıxışı zamanı yaşlı kişi fanatı yaxınlaşaraq birlikdə foto çəkdirmək istəyib.

Şəbnəmi qucaqlayaraq səmimi poz vermək istəyən kişinin arzusu ürəyində qalıb. Müğənni əl hərəkəti ilə bunun qarşısını alıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilərin bəziləri ifaçının hərəkətini kişinin aztəminatlı təbəqədən olması ilə əlaqələndiriblər.

Hüseyn 
Milli.Az