Aktrisa Pərvin Abıyeva növbəti dəfə dəbdəbəli villasından paylaşım edib.
OLAY yazır ki, Pərvin malikanəsinin geniş həyətini çəkərək instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
Görüntülərdə aktrisanın hovuz kənarında pişiklə oynaması və tumurcuqlanan ağacları nümayiş etdirməsi əks olunub.
Qeyd edək ki, aktrisa iki il əvvəl dostları ilə birgə doğum gününü villasında qeyd etmişdir.