“Onun bu sözləri yalnışdır” - Nəzakətdən Nüşabəyə

“Onun bu sözləri yalnışdır” - Nəzakətdən Nüşabəyə

Xalq artisti Nəzakət Teymurova həmkarı, Əməkdar artist Nüşabə Ələsgərli “Leyli və Məcnun”u cavanlar oynamalıdır” açıqlamasına münasibət bildirib.

OLAY yazır ki, bu haqda xanəndə “İncə səhər” verilişinə müsahibəsində danışıb.

“Gənclərə “Leyli və Məcnun” tamaşasında yer verməmək söhbəti yoxdur. Bu tamaşanı gənclərdə ifa edir. Akademik Opera və Balet Teatrının mətbuat katibi var. Bilmiyənlər ona zəng vurub soruşsunlar ki, kimlər hansı tamaşada, hansı rolları oynayır. Yəni bu məsələdən məlumatlı olsunlar. Bugünkü gün gənc “Leyli”lərimiz də, “Məcnun”larımız da var. Onlar hər ay bu tamaşanı ifa edirlər. Biz ildə iki dəfə bu tamaşanı oynayırıq. Amma nədənsə daha çox biz gözə görünürük. Xanəndənin öz sanbalı olmalıdır. Onlar öz səviyyəsini saxlamalıdır. İfaçılardan dönə-dönə xahiş edirəm ki, gənc olsalar da öz səviyyələrini saxlasınlar. Tamaşaçı Akademik Opera və Balet Teatrına onların adları ilə gəlməlidir. “Gənclərə “Leyli və Məcnun” tamaşasında yer verilmir” sözləri, fikirləri yalnışdır” - deyə, N.Teymurova bildirib.

Qeyd edək ki, daha əvvəl N.Ələsgərli bu sözləri N.Teymurovaya aid etmədiyini bildirmişdi.