Günel onu təhqir edən izləyicisinin kimliyini açıqladı

Günel onu təhqir edən izləyicisinin kimliyini açıqladı

Müğənni Günel Ələkbərova sosial şəbəkədə haqqında xoşaqəlməz sözlər yazan izləyicilərdən söz açıb.

 OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu Xəbərin var? maqazin verilişində danışıb. 

Sənətçi onu təhqir edən izləyicinin kimiliyini açıqlayıb:

“Bir neçə gün əvvəl kanalların birində qonaq idim. Verilişdə bir mövzu haqqında danışmışdım. O hissəni kəsib sosial şəbəkədə paylaşmışdırlar. Şərhlərdə haqqımda xoşaqəlməz sözlər yazmışdırlar. Mən çox zaman bu şərhlərə cavab verirəm. Əslində bu doğru deyil, amma mən beləyəm. Şərhlərdə bir xanım məni təhqir etmişdi. O xanımın səhifəsində şəkili də var idi, nömrəsi də... Xanım lazer ustası idi. Ona zəng elədim və soruşdum ki, sizin lazer məkanınız harada yerləşir. Adresini verdi. Dedim ki, lazer aparatınızı hazırlayın bu dəqiqə məkanınıza gəlirəm. Ona söylədim ki, sən məni sosial şəbəkədə təhqir etmisən və haqqımda nalayiq ifadələr yazmısan. Sən məni şəxsən tanıyırsan? Cavab verdi ki, mən həmin videoya baxmamışam sadəcə başlığı oxudum və fikrimi yazdım. Məndən üzr istədi. Onlar başa düşmürlər ki, bir insanı şəxsən tanımadan onu necə təhqir etmək və nalayiq sözlər yazmaq, şərəf və ləyaqətinə toxunacaq sözlər demək olar? Bu xoş olmayan məsələlərdir”.