Türkiyənin məşhur komediya ustası Okan Karacan yaşadığı çətinliklərdən danışıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mədəkiçiltmə əməliyyatı keçirən aktyor keçmiş arvadı Zeynep Kadıoğludan boşandıqdan sonra səhhətində ciddi problemlərin yarandığını etiraf edib.
"Həyat yoldaşım ayrılmağın tərəfdarı idi. Mən isə ayrılmaq istəmədim. O, israr etməyə başladı və ayrıldıq. Asanlıqla dözüləcək insan deyiləm. Həmişə lider, dominantam. 52 gün Ruh və Sinir Xəstəlikləri xəstəxanasında müalicə aldım. Bu günlər ərzində telefon, kompüterdən uzaq idim. Həyatımın ən maraqlı dostluqlarını yaşadım. Günlük 6 min lirə ödədim, yemək də daxil bütün xərcləri özüm qarşıladım".
Musa
Milli.Az