“Ailə problemlərimə görə Rusiyaya köçdüm”

“Ailə problemlərimə görə Rusiyaya köçdüm”

Əməkdar artist Səbinə Babayeva bir müddət əvvəl Rusiyaya köçməsinin səbəbini açıqlayıb. 

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Afaqla 10lar” verilişində danışıb.

Babayeva bildirib ki, onun Moskvaya köçməsinin səbəbi şəxsi həyatında yaşadığı problemlər olub:

“2 il yarım Moskvada yaşadım. Mənim üçün maraqlı oldu. Koronavirusdan sonra hər şey dəyişdi. Ailə problemim oldu, ab-havamı dəyişmək istəyirdim. Biraz əhvalım pis idi. Ona görə istədim gedim. Həm də dedim görüm, orada şou-biznes necə qurulub. Orada musiqiçilərlə işlədim. Klublarda musiqili proqramlar başqa cür qurulur. Emin Ağalarov mənə dəstək oldu. Orada oğlum və anamla qaldım və işlədim. Sonra atam qoymadı, çağırdı ki, gəlin. Darıxdı, biz də gəldik”.