Müğənni Elvin Abdullayevin övladı xəstəxanaya yerləşdirilib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin oğlu Səid xəstəxanaya yerləşdirilib. Bu haqda Elvinin bloger həyat yoldaşı Afət Abdullayeva paylaşım edib.
O bildirib ki, artıq bir həftəyə yaxındır ki, övladının hərarəti düşmür:
"Xəstəliyin bir həftəsi tamam olacaq, amma hərarət bizdən əl çəkmir".
Qeyd edək ki, Elvin və Afət cütlüyünün iki övladı var.
Xatırladaq ki, bir neçə gün əvvəl aparıcı İlkin Həsəni də 3 aylıq oğlu Raulun xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun