Məşhur müğənni səhnədə yerə sərildi

Məşhur müğənni səhnədə yerə sərildi

Türkiyəli məşhur müğənni Ziynet Salinin vəziyyəti pişləşib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çeşmədə səhnəyə çıxan ifaçı mahnı oxuyan zaman anidən yerə yıxılıb. Sənətçinin köməkçiləri dərhal müdaxilə edərək onu səhnə arxasına aparıblar. 

50 yaşlı Ziynet daha sonra özünü yaxşı hiss etdiyini bildirib:

"Dünən gecə səhnədə özümü çox pis hiss etdim. Səbəb qan təzyiqimin çox aşağı olması idi. Buna yorğunluq deyək... İndi yaxşıyam".

Qeyd edək ki, bu Ziynet Salinin başına gələn ilk belə hal deyil.  2018-ci ildə də Beylikdüzündə verdiyi konsertdə o huşunu itirmişdi.

Musa
Milli.Az