Müğənni Manaf Ağayev maraqlı etiraf edib.
Milli.Az xəbər verir ki, o, övladlarının biznesindən danışıb.
Sənətçi bu sözlərlə onların bizneslərini təsdiqləyərək detalları açıqlayıb:
"Oğlumun maşın biznesi var. Antik maşınlarını kimsə istəyəndə ödənişli və ya tanışlıqla verir. Zamiq Hüseynov, Şəbnəm Tovuzlu avtomobillərdən klipində istifadə ediblər. Bəzən bəy-gəlin maşını kimi də istəyənlər olur.
Qızımın da xonça düzəldilməsi ilə bağlı biznesi var".
Musa
Milli.Az