Əməkdar artist Yusif Mustafayev maraqlı açıqlamlar verib.
Milli.Az xəbər verir ki, müğənni etirafı ilə diqqət çəkib.
"Ehtiyac üzündən bu sənətə gəlmişəm. 10 uşaq idik. Atam sürücü olub, anam da evdar qadın idi. Çox çətin yaşamışıq. Qarşıma məqsəd qoydum ki, bu ailəmi Allahın izni ilə yüksəldəcəyəm. Ağıllı oldum. Çox danışmaq istəmirəm, övladlarım istəmirlər. Hərəsinin öz çevrəsi var. Ona görə son vaxtlar çox efirlərə çıxmıram. Ancaq övladlarıma dedim ki, biz bu efirlərin sayəsində özümün və ailəmin hər bir işini düzəltmişəm. Kəndin evini tikmişəm, burada da bacı-qardaşlarımın hamısını yerbəyer etmişəm. Bunlara görə efirə ömür boyu borcum var. Çağırıb evlərini çəkdirirlər. Mənim bir evim var. 10 bacı-qardaşıq, hərəmizin bir evi olmalıdır da... Mən necə qalenvagen sürüm ki, mənim qardaşım, bacım, övladım kirayə qalsın. O zaman məndə nə qeyrət olar? Mənə deyirlər ki, Amerikaya getdim, 30-50 min xərclədim. Mənə də təklif edirlər. Nə işim var orada? Kasıb balasıyam, qəpiyimin qədrini bilməliyəm. Bəlkə, Allah ömür verdi, niyə 80 yaşında balama ehtiyacım olsun?".
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-682da432dd80e');Hüseyn
Milli.Az