Rusiyanın "İnsayt Lyudi" prodüser agentliyi bloger Hüseyn Həsənova qarşı 21 milyon rubl (təxminən 445 min manat) məbləğində iddia qaldırıb.
Milli.Az xəbər verir ki, bu barədə "KP-Peterburq" nəşri xəbər yayıb.
Nəşr qeyd edir ki, məhkəmə sənədi 2025-ci ilin aprel ayında arbitraj məhkəməsinə təqdim olunub. Məhkəmənin saytında verilən məlumata görə, bloger "ödənişli xidmətlərin göstərilməsi üçün müqavilələr üzrə öhdəlikləri yerinə yetirməyib". Müvafiq məhkəmə iclası isə 2 iyul tarixinə təyin edilib.
Həsənovun "İnsayt Lyudi" şirkəti ilə bağladığı tərəfdaşlıq müqaviləsi çərçivəsində, 2022-ci ildə bloger Sankt-Peterburq və Moskvada keçirilən bir neçə tədbirdə iştirak edib.
Mayın 14-də isə məlum olub ki, bloger qiyabi həbs edilib və qarşısında 7 ilədək həbs cəzası təhlükəsi var. Hüseyn Həsənova qarşı açılan cinayət işində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması maddələri yer alır. Bloger özü isə vergi borcu olmadığını bildirir.
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-682da45a936eb');İstintaqın versiyasına görə, Hüseyn Həsənov 2019-2021-ci illər arasında ümumilikdə 170 milyon rubl (təxminən 3 milyon 600 min manat) vergi ödəməyib. Həmçinin, onun 20 milyon rubl (təxminən 424 min manat) pul vəsaitlərini maliyyə əməliyyatları vasitəsilə leqallaşdırdığı iddia olunur.
Milli.Az-ın məlumatına görə, məsələyə dair daha çox detal hələlik açıqlanmayıb.
Kənan
Milli.Az