Həmin məşhur malikanə satışa çıxarılır - Fantastik qiymətə - FOTO

Həmin məşhur malikanə satışa çıxarılır - Fantastik qiymətə - FOTO

 "Aşk-ı Memnu" serialının unudulmaz səhnələrinin lentə alındığı məşhur məkan satışa çıxarılıb.

Milli.Az xəbər verir ki, 23 otaqlı möhtəşəm Çatalca malikanəsi 135 milyon TL qiymətlə alıcısını gözləyir.

2008-2010-cu illərdə yayımlanan və bu gün də təkrar bölümləri ilə sevilərək izlənilən "Aşk-ı Memnu" təkcə aktyor heyəti və dramatik süjet xətti ilə deyil, həm də vizual baxımdan yadda qalan məkanları ilə iz qoyub. Arsen xanımın Çatalcadakı bu malikanəsi də həmin simvolik yerlərdən biri kimi yaddaşlara həkk olunub.

Malikanə geniş əraziyə malik olmaqla yanaşı, daş memarlığı, təbiət ilə iç-içə yerləşməsi və zəngin tarixi ilə xüsusilə həm əmlak həvəskarları, həm də nostalji sevərlər üçün cəlbedici görsənir.

Serialda ailənin şəhər həyatından uzaqlaşmaq üçün sığındığı bu malikanə həmçinin Bihter və Behlülün gizli eşqinin gərgin anlarına şahidlik edən bir səhnə məkanı kimi önə çıxırdı. Ocaq başı dialoqları, geniş yaşıl sahələrdəki dramatik səhnələr və təbii ab-hava bu evi serial üçün unudulmaz etmişdi.

Bu malikanə təkcə bir daşınmaz əmlak deyil, həm də Türk serial tarixinin simvolik bir abidəsi kimi qiymətləndirilir.

Fidan
Milli.Az